.

1 Mart 2014 Cumartesi

Hz Eli (e) Feziletleri

HZ Eli(e) FEZILETLERI 1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala buyurur: “Əlinin vilayəti Mənim möhkəm (və alınmaz) qalamdır; hər kəs Mənim qalama daxil olsa, cəhənnəm odundan amanda qalar.” 2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir; ona məhəbbət bəsləmək Allaha ibadət etmək və ona tabe olmaq isə vacib əməlləri yerinə yetirməkdir.” 3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəsdə Əlinin vilayətinin bəratı olmasa, Siratdan keçə bilməz.” 4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti mənim vilayətim, mənim vilayətim isə Rəbbimin vilayətidir.” 5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir, onu sevmək ibadətdir.” 6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” 7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladlarınıza Əli ibn Əbi Talib (ə)-a məhəbbət bəsləməyi əmr edin.” 8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Səni (Əlini) sevən şəxs mömin, səninlə düşmən olan şəxs isə münafiqdir.” 9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli mənim kimidir; hər kəs ona tabe olsa, mənə tabe olmuşdur və hər kəs ondan üz çevirsə, məndən üz çevirmişdir. Mən və Əli Allahın bəndələrinə olan höccətiyik.” 10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.” 11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli (ə) behiştə gedən ilk şəxsdir.” 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər bütün insanlar Əli (ə)-a məhəbbət bəsləsəydilər, Allah- taala cəhənnəm odunu yaratmazdı..........................

Hiç yorum yok:

Yorum Gönder