.

1 Mart 2014 Cumartesi

Hz Eli (e) Feziletleri

HZ Eli(e) FEZILETLERI 1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala buyurur: “Əlinin vilayəti Mənim möhkəm (və alınmaz) qalamdır; hər kəs Mənim qalama daxil olsa, cəhənnəm odundan amanda qalar.” 2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir; ona məhəbbət bəsləmək Allaha ibadət etmək və ona tabe olmaq isə vacib əməlləri yerinə yetirməkdir.” 3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəsdə Əlinin vilayətinin bəratı olmasa, Siratdan keçə bilməz.” 4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti mənim vilayətim, mənim vilayətim isə Rəbbimin vilayətidir.” 5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir, onu sevmək ibadətdir.” 6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” 7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladlarınıza Əli ibn Əbi Talib (ə)-a məhəbbət bəsləməyi əmr edin.” 8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Səni (Əlini) sevən şəxs mömin, səninlə düşmən olan şəxs isə münafiqdir.” 9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli mənim kimidir; hər kəs ona tabe olsa, mənə tabe olmuşdur və hər kəs ondan üz çevirsə, məndən üz çevirmişdir. Mən və Əli Allahın bəndələrinə olan höccətiyik.” 10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.” 11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli (ə) behiştə gedən ilk şəxsdir.” 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər bütün insanlar Əli (ə)-a məhəbbət bəsləsəydilər, Allah- taala cəhənnəm odunu yaratmazdı..........................

Cümeniz Mübarek

Şekiller

2 Aralık 2013 Pazartesi

ӘLI ӘLEYHISSALAMIMAMIN ŞӘXSIYYӘTI

ӘLI ӘLEYHISSALAMIMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Әmirəl-mö᾽minin
Künyəsi: Әbül-Həsən
"Doğulduğu tarix:" Hicrətdən 23 il əvvəl
"Xəlifəliyi: "Hicrətdən 35 il sonra
"Xəlifəlik müddəti: "5 il
"Ömrü: "63
"Şəhadəti: "Hicri 40-cı ildə xaricilərdən olan Ibni Mülcəm (lə᾽) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.
"Məzarı: "
Iraq, Nəcəf şəhəri.

29 Kasım 2013 Cuma

Hz. Eli

Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən.
                 
   Hz. Eli